AZ

Premyer Liqa: Tovuzlu azarkeş yenə fərqləndi

Misli Premyer Liqası XXV turunun ən çox azarkeş qeydə alındığı matçı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, Tovuzda baş tutan “Turan Tovuz” – “Zirə” matçı tamaşaçı baxımından digərlərini üstələyib. Görüşü tribunalardan 4500 fanat izləyib. Bu, turun ən yüksək göstəricisidir.

XXV turun ən az tamaşaçısı isə “Səbail” – “Şamaxı” matçında qeydə alınıb. Oyunu cəmi  150 azarkeş izləyib.

Digər qarşılaşmalardakı tamaşaçı sayı belədir

“Sumqayıt” – “Qarabağ” – 1500

“Sabah” – “Araz Naxçıvan” – 550

“Kəpəz” – “Neftçi” – 750

Seçilən
15
idmanxeber.az

1Mənbələr