AZ

Bakıda keçmiş prokurorun oğlu intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Axar.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeydə alınıb.

Orada yaşayan, 39 yaşlı Nizami Namiq oğlu Həsənov yaşadığı evdə özünü asıb.

İntiharın səbəbi məlum deyil.

KİV-də yayılan məlumata görə, intihar edən Nizami Həsənovun atası Namiq Həsənov əvvəllər prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
45
2
axar.az

3Mənbələr