AZ

Son günlərdə dəm qazından zəhərlənənlərin sayı niyə artıb?

Ekspert bildirib ki, bir çox evlərdə havalandırma sistemi düzgün qurulmayıb.

Son gülərdə ölkə ərazisində dəm qazından zəhərlənmə halları artıb. Ötən gün Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb.

Bəs dəm qazından zəhərlənənlərin sayı niyə artıb, vətəndaş evdə qaz sobası quraşdırarkən təhlükəsizlik qaydalarına əməl edir? 

Təhlükəsizlik eksperti Elmar Nurəliyəv bildirib ki, dəm qazının yaranmasına əsas səbəb otaqların ölçülərinə uyğun olmayan sobalardan istifadədir:

"Qaz cihazı olan otaqlarda havalandırma təminatı olmalıdır. Çünki qazın yanması üçün uzun oksigenin olması vacibdir. Vətəndaş bilməlidir ki, evdə qaz cihazından istifadə edilirsə cihazın təhlükəsizliyini də yoxlamalıdır. Hər bir qaz cihazının düzgün işləməsi yanma prosesinin təhlükəsiz və effektiv şəkildə idarə edilməsi üçün otaqda hava mütamadiən dəyişməlidir.

Otaqdakı havanın dəyişməsi üçün nəfəslikdən istifadə edilməlidir. Nəfəslik otağa təmiz hava daxil edir və qazın düzgün yanması üçün şərait yaradır.

Dəm qazı natamam yanma məhsuludur və bu qaz yanma prosesi düzgün getmədiyində əmələ gəlir. Dəm, karbon qazı (CO) və digər zərərli maddələrin qarışığıdır. Bu da insanlar üçün ciddi təhlükədir. Təəssüflər olsun ki, bir çox evdə ventilyasiya sistemi olmur.

Vətəndaş qaz qurğusunu qoyduğu yerə diqqət etməlidir. Qaz cihazı olan otaqların həcmi çox vacibdir. İki gözlü qaz peçi üçün otağın sahəsi minimum 8 kvadratmetr, üç gözlü qaz peçi üçün 12 kvadratmetr, dörddə bir gözlü qaz peçi üçün 15 kvadratmetr olmalıdır. Əlavə olaraq su qızdırıcısı quraşdırılıbsa otağın sahəsi 20 kvadratmetr olmalıdır. Son günlərdə dəm qazı ilə artanların sayı məhz bu səbəblərdən baş verir".

Qeyd edək ki, ötən ay 11 nəfər dəm qazından zəhərlənib.

 

Seçilən
48
operativmedia.az

1Mənbələr