AZ

Meksika Trampın rüsumundan sonra yeni xam neft bazarları axtarır

Bakı, 6 mart, AZƏRTAC

Meksikanın “Pemex” dövlət neft və qaz şirkəti ABŞ Prezidenti Donald Trampın idxala rüsum tətbiq etməsindən sonra öz xam nefti üçün alternativ bazarlar axtarır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Pemex” Asiya, o cümlədən Çin və Avropadakı potensial alıcılarla danışıqlar aparır.

Bu həftə Donald Tramp Meksika və Kanadadan gələn mallara 25 faiz rüsum tətbiq edib. “Reuters” xəbər verir ki, Kanada xam nefti 10 faizlik rüsumdan azad edilsə də, Meksikanın analoji məhsulu 25 faiz vergiyə cəlb olunacaq.

Ötən il “Pemex” gündəlik 806 min barel xam neft ixrac edib ki, bunun da 57 faizi ABŞ-a tədarük olunub. Bu ilin yanvar ayında ixrac illik müqayisədə 44 faiz azalaraq gündəlik 532 404 barel olub ki, bu da son onilliklərin ən aşağı göstəricisidir.

“Kpler”in məlumatlarına görə, Meksika müəyyən qədər xam nefti Avropa və Asiyaya, xüsusən də Hindistan və Cənubi Koreyaya göndərsə də, onun şimal qonşusu ağır Maya neftinin ixracında əsas paya sahibdir.

Meksika əsas neft istehsalçısıdır, amma bu ölkənin əsasən Meksika körfəzindəki köhnə neft yataqlarından hasilatı son dörd onillikdə ən aşağı səviyyəyə düşüb.

Zəif yerli emal sistemi və Dos Bokas limanı yaxınlığında gündəlik 340 min barel olan yeni Olmeca neft emalı zavodunun uzun müddət gecikdirilərək işə salınması ilə ölkə əsasən ABŞ-dan benzin və dizel idxalı müqabilində xam neft ixrac etməyə məcburdur.

Meksika əhəmiyyətli kəşfiyyat və hasilat xərcləri olmadan növbəti onillikdə genişlənmiş emal gücünü artırmaq üçün xam neft idxal etmək məcburiyyətində qala bilər.

Seçilən
21
azertag.az

1Mənbələr