AZ

"Fənərbaxça"dan Mourinyo ilə bağlı səs-küylü qərar

Lider “Qalatasaray”la xal fərqini 4-ə endirən "Fənərbaxça" Joze Mourinyonun klubdakı karyerası ilə bağlı qərar verib. Metbuat.az xəbər verir ki, həm qazandığı xallarla, həm də oynadığı futbolla ictimaiyyətin böyük etimadını qazanan baş məşqçi Joze Mourinyo həm də azarkeşlərin sevimlisi olub. Xal fərqi 8 olarkən, “Lazım olarsa rəhbərlik gedəcək, Mourinyo qalacaq” deyərək portuqaliyalı çalışdırıcıya güvəndiyini açıq şəkildə ifadə edən Ali Koç indi məşqçi ilə yeni müqavilə imzalamaq istəyir. Türkiyə mediasının məlumatına görə, rəhbərlik Joze Mourinyonun müqaviləsini daha bir il uzatmaq istəyir.

"Fənərbaxça" 2026-cı ildə başa çatacaq müqaviləni 2027-ci ilə qədər uzatmaq istəyir.

Seçilən
9
6
metbuat.az

6Mənbələr