AZ

"Nas Exchange" valyuta mübadiləsi bazarına daxil olmaqdan imtina edib

"Nas Exchange" MMC-nin nizamnamə kapitalı 550 min manat azaldılıb.

Marja.az Şirkətin bildirişinə istinadən xəbər verir ki, MMC nizamnamə kapitalının 600 min manat məbləğindən 50min manat məbləğinə azalmasını elan edib. 

Qeyd edək ki, 600 min manatlıq nizamnamə kapitalı "Nas Exchange"ə Azərbaycan Mərkəzi Bankından valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya almağa, 1-ci bölgədə (Bakı şəhəri) 1 valyuta dəyişmə məntəqəsi ilə işləməyə imkan verirdi.

"NAS EXCHANGE" MMC 29 yanvar 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Quliyev Məhəmməd Nizami oğludur. Şirkətin hüquqi ünvanı AZ1052, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏBRİZ ev.105/35 m.56-dır. Həmçinin, bu ünvanda "Nas Project Bank Olmayan Kredit Təşkilatı" ASC yerləşir.

NasExchange
Seçilən
53
marja.az

1Mənbələr