AZ

Azərbaycanın həndbol millisinin rəqibləri müəyyənləşib

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin beynəlxalq turnirdəki rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, yığmanın inkişaf etməkdə olan ölkələrin çempionatında üz-üzə gələcəyi komandalar müəyyənləşib.

Martın 11-dən 16-dək Bolqarıstanın Varna şəhərində təşkil olunacaq yarışa 4 qitəni təmsil edən 8 ölkənin milli komandası qatılacaq.

Bu komandalar ilkin mərhələdə iki qrupda mübarizə aparacaqlar. Püşkatmanın nəticəsinə əsasən Azərbaycan seçmə komandası ABŞ, Nigeriya və Moldova milliləri ilə birgə “B” qrupunda yer alıb. “A” qrupunda isə ev sahibi Bolqarıstan, Böyük Britaniya, Kipr və Paraqvay seçmə komandaları ilə yarışacaqlar. Qeyd edək ki, 2023-cü ildə keçirilən son anoloji çempionatın qalibi Kuba kollektivi olub.

Seçilən
30
6
report.az

6Mənbələr