AZ

Ötən il Neft Fondu 45 ton qızıl alıb - Bu il də davam edəcək

2024-cü il dünya bazarında qızılın kəskin bahalaşması ilə yadda qalıb. İl ərzində qızılın qiyməti 30%, 2025-ci ilin mart ayınadək olan artımları da nəzərə alanda, təqribən 40% bahalaşıb. 

FED.az xəbər verir ki, bu barədə Neft Fondunun Risklərin idarəedilməsi departamentinin Aktivlərin bölgüsü, risk və gəlirliliyi şöbəsı̇nin müdiri Toğrul Rəhimbəyli bildirib. 

Onun sözlərinə görə, son illər Neft Fondu qızıla investisiyaları artırır. Belə ki, 2024-cü ildə Dövlət Neft Fondu 45 tona yaxın qızıl alaraq ölkəyə gətirib. Nəticədə Neft Fondunun qızıl ehtiyatı 147 tona çatıb. 

Ümumilikdə bu ilin sonuna qızıl portfeli 20.6% olub. 2025-ci ilin sonuna isə qızıl portfelinn 25%-ə çatdırılması nəzərdə tutulub.

Seçilən
23
fed.az

1Mənbələr