AZ

Uzun müddət ondan danışacaqlar... - Fotolar

Türkiyəli aktrisa Qonca Vuslateri Parisdə nəşr olunan “Gmaro” jurnalı üçün kamera qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, hazırda “Leyla: Hayat... Aşk... Adalet...” serialında “Nur” obrazını canlandıran aktrisa jurnalın üz qabığında “One of Turkey's finest actresses” (Türkiyənin ən yaxşı aktrisalarından biri) başlığı ilə yer alıb.

Məşhur nəşr tamamilə fərqli obrazda olan Vuslaterinin fotolarına 20 səhifə ayırıb.

Fotoların müəllifi fotoqraf Selim Akardır. Bildirilir ki, şəkillər Akarın “Işıq” adlı fotosərgisində də təqdim ediləcək.

Həm moda, həm də sənət dünyasında böyük əks-səda doğuran bu çəkiliş sosial mediada da müzakirə mövzusuna çevrilib. Fərqli üslubu ilə diqqət çəkən aktrisanın fotoları böyük marağa səbəb olub. Belə görünür ki, son zamanlar “Nur” obrazı ilə adından tez-tez bəhs etdirən aktrisa yeni fotosessiyası ilə də uzun müddət gündəmdə olacaq.




















Seçilən
7
qafqazinfo.az

1Mənbələr