“Bakı və Ankara regionda hökmranlıq etməyə çalışırlar”.
Tirbunainfo.az bildirir ki, bu sözlərin müəllifi Rusiyalı politoloq Boqdan Bezpalkodur.
O iddia edir ki, Azərbaycan və Türkiyənin qarşıda daha ciddi tələbləri ortaya çıxacaq. “Müəyyən müddətdən sonra Ermənistana ciddi şəkildə Türkiyənin, bəlkə də Azərbaycanın bir hissəsi olmaq layihəsi təklif olunacaq”.
O qeyd edib ki, baş nazir Nikol Paşinyanın bu təzyiqlər qarşısında duruş gətirə biləcəyini dəqiq deyə bilməz. “Fransa və ABŞ-a güvənməsi heç nəyi dəyişməyəcək. Bəlkə Rusiya ona yardım edə. Lakin Ermənistan-Rusiya münasibətləri də göz qabağındadır”.