AZ

MOİK-in baş məşqçisi: "Əsas hədəfimiz Premyer Liqaya yüksəlməkdir"

1-ci liqanın 17-ci turu çərçivəsində MOİK turnir cədvəlinin zirzəmisində qərarlaşan "Qaradağ Lökbatan"ı qəbul edəcək.

Ötən tur "Zaqatala" ilə qolsuz heç-heçəyə razılaşan ordu klubu 3 oyundur qələbəyə həsrətdir.

"Operativ Media" xəbər verir ki, baş məşqçi Qəzənfər Abbasov qarşıdakı oyun öncəsi komandadakı vəziyyəti "CBC Sport"a dəyərləndirib.

"Hazırlığımız həmişəki kimi bütün komandalara necə hazırlaşırıqsa o oyuna da elə hazırlaşırıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Düzdür, axırıncı oyunlarda xal itkilərimiz olub, amma buna baxmayaraq bütün oyunlara qələbə üçün hazırlaşırıq. "Qaradağ Lökbatan"la oyuna da qələbə qazanmaq üçün çıxacağıq".

Əsas hədəflərinin premyer liqaya yüksəlmək olduğunu bildirən 41 yaşlı mütəxəssis heyətdəki itkilərə də toxunub.

" Çempionata başlayanda əsas hədəfimiz ilk üçlük idi. Amma, bəzi səbəblərdən komandanın zəif çıxış etməyinə, xal itirməyinə görə 5-ci 6-cı yerlərdəyik. Amma yenə də hədəfimizdən dönməmişik. İlk üçlükdür əsas hədəfimiz. Əlimizdən gələni edəcəyik ki, ilk 3 yerdən birini tutaq. Yüngül zədəli futbolçularımız var. Bu gün oyuna buraxmaq fikrimiz yoxdur, amma vacib lazım olsalar oyuna buraxa bilərik".

Seçilən
25
operativmedia.az

1Mənbələr