“Sumqayıt” növbəti turda “Kəpəz”i qəbul edəcək. “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlər Vaqif Cavadova belə sual ünvanladı: "Kəpəz"ə məğlub olsaz, istefa verəcəksiz?” Mütəxəssis isə hər şeyin ola və istefanın indi də gerçəkləşə biləcəyini söylədi.
Görəsən, Vaqif Cavadovadaha nə qədər şans vermək lazımdı? Bu sualı təcrübəli mütəxəssis Aslan Kərimova ünvanladıq:
“Vaqif Cavadov komandanın “sükanı arxasına” yaxınlarda keçib. “Qarabağ”la oyunda top qapıya gedirdi, öz oyunçusunun ayağına dəyir və topun yönü dəyişir. Oyunçu qol vura bilmirsə, məşqçinin nə günahı var? Hesab edirəm ki, bir mövsüm məşqçiyə imkan vermək lazımdı. Futbolçuların qol vura bilməməsinə görə məşqçini günahlandırmaq düzgün deyil. “Sumqayıt” “Qarabağ”la oyunda da qol imkanları yaratdı. Vura bilməmək oyunçunun keyfiyyəti ilə bağlıdı. “Sumqayıt”ı Joze Mourinyoya versələr, çempion olacaq? Buna əmin deyiləm”.
ƏSƏD SEYİDOV