"Liverpul"un qapıçısı Alison UEFA Liqası matçlarında çempionluq rekordu vurub.
Offsideplus.az xəbər verir ki, "Liverpul"un qapıçısı Alisson UEFA Çempionlar Liqası matçında seyvlərin sayına görə özünəməxsus rekorda imza atıb. PSJ-yə qarşı keçirilən oyunda braziliyalı qapıçı komandasını 9 dəfə qol buraxmaqdan xilas etdi. Daha öncə heç vaxt Alisson Çempionlar Liqasının bir matçında bu qədər çox seyv etməmişdi.
Braziliyalı həm də Çempionlar Liqasında “Liverpul”un heyətində komandanın tarixindəki bütün qapıçılardan daha çox qapını təmiz saxlayıb (22). Bununla da Alisson Pepe Reinanın rekordunu qırıb.
"Liverpul" - PSJ oyunu Parisdəki "Park des Princes" stadionunda baş tutub. Matçı Davide Massanın başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edib. Qonaqlar minimal hesablı qələbə qazanıb - 1:0.