Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universitetinin rektoru Tolegen Muxtarın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.
QHT.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovla görüşdə universitetlər haqqında məlumat mübadiləsi aparılıb. UNEC-in təhsil imkanlarını, beynəlxalq reytinqlərdəki mövqeyini yüksək qiymətləndirən qazaxıstanlı rektor bu ali təhsil müəssisəsi ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. O, Şərqi Qazaxıstan Universitetinin müəllimlərinin Orhun proqramı çərçivəsində UNEC-də mübadilədə iştirak etdiklərini bildirərək, gələcəkdə bu əlaqələrin daha genişləndirilməsinin hər iki universitet üçün faydalı olacağını diqqətə çatdırıb.
Rektor Ədalət Muradov türkdilli dövlətlərin ai təhsil müəssisəsləri ilə əlaqələrin genişləndirilməsinin UNEC-in prioritetlərindən olduğunu vurğulayaraq, əməkdaşlıqla bağlı gələcək planları müzakirə edib.
Görüşdəgələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldıqdan sonra, bu istiqamətdə zəruri qərarlar qəbul edilib.