İranda baş verən son siyasi və iqtisadi hadisələrdən sonra durum bir xeyli dəyişib. Tribunainfo.az xəbər verir ki, ötən günlərdə İran parlamenti iqtisadiyyat nazirini istefaya göndərməklə hökumət böhranına imza atıb.
Əbdülnasir Himmətiyə impiçment tətbiq edildikdən sonra, İran prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif də istefa verib.
Qeyd edək ki, parlamentdə çıxışı zamanı İran prezidenti Məsud Pezeşkian dolayısı isə bu ölkənin dini lideri Əli Xamineyini də tənqid edib. O bildirib ki, ABŞ-la danışıq apararaq, sanksiyaları aradan qaldırmaq fikrində olub. Lakin Xamineyi buna icazə verməyib.
Bu hadisələrin ardından Pezeşkian Xamineyiyə qarşı daha bir addım atıb. Tribunainfo.az xəbər verir ki, İran prezidenti “Hicab və İffət haqqında” qanunun qüvvəyə minməsi üçün zəruri olan sərəncamı imzalamaqdan imtina edib. O bildirib ki, bu qanun həyata keçirilə bilməz. “Çünki bu, insanlar üçün problemlər yaradır. Həmin problem narazılığa səbəb olacaq. Mən xalqın qarşısında dayanmayacağam”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta