Azərbaycan milli komandasının futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Çorum" klubunun baş məşqçisi istefaya göndərilib.

Offsideplus.az xəbər verir ki, rəhbərlik Serkan Özbalta lə yollarını ayırıb.

Buna son oyunlardakı uğursuz nətcələr səbəb olub. Belə ki, Superliqaya vəsiqə uğrunda yarışan "Çorum" axırıncı 4 matçda cəmi 1 xal qazanıb. Nəticədə komanda 10-cu pilləyə yuvarlanıb.

Dünən doğma meydanda "Boluspor"a 0:2 məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb. Serkan Özbalta 2023-cü ilin oktyabrında bu klubda çalışırdı.

Qeyd edək ki, Çoşqun Diniyev "Çorum"a ötən ay transfer olunub. O, 4 oyunda 2 dəfə fərqlənməyi bacarsa da, axırıncı 3 matçda cəmi 21 dəqiqə forma geyinib.