AZ

Mask: Avropa liderləri əbədi müharibə istəyir

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) direktoru Elon Mask hesab edir ki, bir çox Avropa ölkələrinin liderləri “əbədi müharibə istəyirlər”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə X hesabında yazıb.

"Onlar əbədi müharibə istəyirlər. Daha neçə valideyn oğulsuz qalacaq? Daha neçə uşaq atasız qalacaq? Onların məntiqinə əməl etsək, münaqişə heç vaxt bitməyəcək", - deyə Mask qeyd edib.

Mask bundan əvvəl Vladimir Zelenskinin Ukraynadakı münaqişəni həll etmək deyil, “əbədi müharibə” yaratmaq məqsədi güddüyü barədə fikir bildirib.

Avropa liderləri martın 6-da Brüsseldə Ukrayna münaqişəsi və Aİ-nin müdafiəsinin gücləndirilməsini müzakirə etmək üçün fövqəladə sammit keçirəcək. Aİ nümayəndəsi jurnalistlərə bildirib ki, hər iki məsələ ABŞ-ın yeni administrasiyasının Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı mövqeyi kontekstində müzakirə olunacaq.

Seçilən
5
1
operativmm.az

1Mənbələr