AZ

"Qadınlar ideyalarını reallığa çevirə, dünyanı dəyişə bilərlər, yetər ki, resurslar verilsin" – Südabə Şirəliyeva

“Qadın və Müasir Dünya” Mərkəzinin direktoru Südabə Şirəliyeva QHT.az-a verdiyi açıqlamada, Azərbaycanda regionlarda qadınların rifah halının yaxşılaşdırılması və işsizlik məsələlərinin hələ də böyük problemlərdən biri olduğunu qeyd edib.

QHT sədri bu problemlərin həlli üçün iş yerlərinin yaradılması və kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş uzunmüddətli proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb:

“Qadınlar öz bizneslərini yarada, inkişaf etdirə və idarə edə bildikdə iqtisadiyyatda rol oynayırlar və ölkə iqtisadiyyatı çiçəklənir. Qadınlar möhtəşəm ideyalarını əzmkarlıqla reallığa çevirə, dünyanı dəyişə bilərlər. Yetər ki, onlara bunun üçün zəruri resurslar verilsin. Azərbaycan iqtisadiyyatında bu məsələ ilə bağlı problem ondadır ki, yeni fəaliyyətə başlayan sahibkarlar kifayət qədər bilik və bacarığa, eyni zamanda maliyyə vəsaitlərinə malik olmurlar”.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
17
qht.az

1Mənbələr