Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli yaradıldığı vaxtdan 2024-cü il dekabrın 31-dək daşınmaz əmlak üzrə orta illik gəlirliliyi 2,9 %, ümumi qazancı isə 1 milyard ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov 2024-cü ilin investisiya yekunları və 2025-ci il perspektivlərinə həsr olunmuş media-brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda Neft Fondunun daşınmaz əmlaka yatırdığı investisiyaların dəyəri 3,5 milyard ABŞ dolları, ümumi portfeldəki payı isə 5,9 %-dir.
“Ümumilikdə, investisiya portfelinin region və sektorlar üzrə bölgüsünün qlobal daşınmaz əmlak indeksinə uyğun aparılması planlaşdırılır”, - deyə o vurğulayıb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta