Sosial şəbəkələrdə “Baku electronics”də qiymət, xidmət və keyfiyyətlə bağlı sorğu təqdim olunub. AzPost xəbər verir ki, müştərilər sorğuda iştirak edərək fikirlərini bildiriblər. Onlardan bəzilərini təqdim edirik:
Oktay Əhməd
Telefon almışdım. Evə gələndə nöqsan aşkar elədim. Apardım dükana dəyişdirməyə. Dükanda kassir və təmizlik işçisindən başqa hamı qarışdı söhbətə. Satıcı apardı foks edib korpusda cızıqlar aşkar elədi. Apar servisə, servis yoxlasın dedilər. Məlum məsələdir ki, servisə aparsam söküb daha da pis günə qoyacaqdılar. Bir sözlə heç zad 0. Heyif ki nağd almışdım. Kredit olsaydı ödəməyəcəydim. Nə olardı olardı.
Tural Cahangirov
Mağaza şəbəkələri içində hələ ki müştəri şikayətlərinə baxan, qəbul edən, müştəri haqlıdırsa təmin edən şirkətdir.
Bayram Mustafayev
Servis xidməti çox pisdir. Satış xidməti yaxşıdır. Amma qiymət və servis münasib deyil.
Taci Quliyev
Çox uğurlu şirkətdir. Düzgün strateji konsepsiyalari var. Ona gorə də uzun illərdir ki, bazarda liderdirlər.
Məhərrəm Nəcəfov
Ümumən narazıyam.
Kəmalə Əliyeva
Əvvəl yaxşı idi, indi servis çox pis işləyir. Bütün adamın əsəbi ilə oynayırlar.
Xəyal Məmmədov
Məhsullar xarab çıxır çox vaxt.
Raqif Hacıyev
Malları qüsurlu gəlir! Əsas da telefonlar.
Camal Əliyev
Sıfır keyfiyyət, sıfır xidmət, firildaqçı məqsəd.
Vüsal Guardiola
Qiymətlər həm diger mağazalara həm də ortalama qiymətə görə çox bahadır.
İlkin Aslan
Bahadır
Qeyd edək ki, şirkət nümayəndələri bəzi şərhlərə çünasibər bildirirblər.