AZ

Elsevər İsmayılovun müəssisəsində yararsız məhsullar aşkarlandı

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Elsevər Yunis oğluna məxsus ev quşlarının kəsimi müəssisəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib.

Baxış zamanı müəssisədə baytarlıq-sanitariya tələblərinə əməl edilmədiyi, izləmə sisteminin qurulmadığı məlum olub, eyni zamanda soyuducu anbarda baytarlıq sənədi olmayan və istifadə müddəti bitmiş müxtəlif istehsalçılara məxsus 2040 kq toyuq əti aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılması və məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

İsmayılov Elsevər
Seçilən
31
3
marja.az

4Mənbələr