Rusiya prezidenti Vladimir Putin Aleksandr Darçiyevin Rusiyanın ABŞ-dakı yeni səfiri təyin edilməsi haqqında fərman verib.
Turkustan.az xəbər verir ki,ötən həftə Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın İstanbuldakı Baş Konsulluğunda Rusiya və ABŞ rəsmiləri arasında keçirilən görüşdə Vaşinqtonun Darçiyevin təyinatına yaşıl işıq yandırdığını açıqlamışdı.
Darçiyev karyera diplomatıdır, uzun müddət Rusiyanın Vaşinqtondakı səfirliyində və 2014-cü ildən 2021-ci ilə qədər Kanadada səfir vəzifəsində çalışıb. Hazırda Xarici İşlər Nazirliyində Şimali Amerika Departamentinin direktoru vəzifəsində çalışır.
Aytən Yaşar/ Turkustan.az