AZ

ARDNF indiyə kimi daşınmaz əmlaka investisiyalardan 1 milyard dollar gəlir əldə edib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) danışmaz əmlaka investisiyaları 3,5 mlrd. ABŞ dollarına, portfeldə payı isə 5,9%-ə çatıb.

FED.az xəbər verir ki, bunu Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov deyib.

O bildirib ki, Fond indiyə kimi daşınmaz əmlaklara yatırımlardan 1 mlrd. dollar gəlir əldə edib. Daşınmaz əmlakın gəlirliliyi 2,9% təşkil edib.

F. Zeynalov əlavə edib ki, 2025-ci ildə də ARDNF daşınmaz əmlaklara investisiyaların davam etdirməyi planlaşdırır. (Apa)

Seçilən
7
1
fed.az

2Mənbələr