AZ

Avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə2,4 milyon manat sığorta ödənişi edilib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə0,9 milyon manat, yaxud da 56,7% çoxdur. Belə ki, 2024-cü ilin ilkayı ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləritərəfindən avtonəqliyyat vasitələrinin sığortası üzrə 1,5 milyonmanat sığorta ödənişi edilib.

Yanvarda bu sığorta sinifi üzrə sığorta haqqlarının həcmi isə5,6 milyon manat təşkil edib ki, bu da, illik müqayisədə 1 milyonmanat və ya 21,7% çoxdur. Ötən ilin yanvar ayında Azərbaycandafəaliyyət göstərən sığorta şirkətləri tərəfindən avtonəqliyyatvasitələrinin sığortası üzrə 4,6 milyon manat sığorta haqqlarıtoplanıb.

Bəhs olunan dövrdə bu sığorta növü üzrə toplanılmış hər 100manat sığorta haqqından 42,6 manat sığorta ödənişi edilib ki, buda, illik müqayisədə 9,2 manat artıqdır. Ötən ilin müvafiq dövründəbu məbləğ 33,4 manat idi.

Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 163.7 milyon manat sığorta haqqı yığılıb.Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Eynizamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətlərininxətti ilə 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu daəvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.

Seçilən
25
4
az.trend.az

10Mənbələr