AZ

“Aramco” şirkəti OPEC+ alyansının hasilatı artırmaq qərarından faydalanacaq

Bakı, 6 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanının dövlət neft nəhəngi – “Aramco” şirkəti OPEC+ alyansını aprel ayında planlaşdırılan neft hasilatını artırmağa davam etmək qərarından faydalanacaq.

AZƏRTAC “Əl Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, şirkətin baş icraçı direktoru Amin Nasserin sözlərinə görə, xam neft bazarı dövri xarakter daşıyır və faydalı tərəf “Saudi Aramco”dur, çünki o, 3 milyon barel ehtiyat tutumda oturur və “lazım olduqda bir neçə həftə ərzində həmin ehtiyat bazara çıxarıla bilər”.

Çərşənbə axşamı günü “Aramco” 2024-cü ildə 106,25 milyard dollar mənfəət əldə etdiyini bildirib. Bu, enerji qiymətlərinin aşağı düşməsi səbəbindən əvvəlki illə müqayisədə 12 faiz aşağıdır.

Ər-Riyadın “Tadawul” birjasına edilən müraciət rəsmi olaraq Səudiyyə Ərəbistanı Neft Şirkəti kimi tanınan “Aramco”nun 2024-cü ildə 436 milyard dollar gəlir əldə etdiyini göstərir.

“Aramco” enerji qiymətlərinin aşağı olması səbəbindən 2023-cü ildə 121 milyard dollar illik mənfəət əldə etdiyini bəyan edib. Onun hər bir səhmi çərşənbə günü 7,33 dollara satın alınıb ki, bu, ötən ilin ən yüksək həddi olan 8,71 dollardan aşağı məbləğdir. Neftin qiymətinin aşağı düşməsi ilə son bir ildə gəlirlər də azalıb. “Brent” markalı neft bu il 10 faiz ucuzlaşaraq ortalama 73 dollar səviyyəsindədir.

Səudiyyə Ərəbistanının neft nəhənginin bazar dəyəri 1,74 trilyon dollardır ki, bu da onu “Apple”, “Microsoft”, NVIDIA, “Amazon” və “Alphabet”dən sonra dünyanın altıncı ən dəyərli şirkəti edir.

“Aramco”nun nəticələri enerji hasil edən dövlətlərin ittifaqı olan OPEC+ alyansının bazar ertəsi onlayn görüşü və aprel ayından başlayaraq neft hasilatının artırılması ilə bağlı razılığa gəldiyi bir vaxtda təqdim edilib. Bu, qrup tərəfindən 2022-ci ildən bəri ilk neft hasilatının artmasıdır və ehtimal ki, neft qiymətlərini daha da aşağı salacaq.

Seçilən
19
azertag.az

1Mənbələr