AZ

Rusiyadan sərt AÇIQLAMA: "May ayınadək..."

Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya qarşı “təhdid” açıqlamalarına Kreml sərt reaksiya verib.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Makronu sosial şəbəkə üzərindən tənqid edib. O, Fransa prezidentinin Rusiyanı Avropa üçün təhdid adlandırmasına cavab olaraq belə deyib:

 

“Makron ən gec 14 may 2027-ci ildə siyasi səhnədən sonsuza qədər yox olacaq və heç kim onu xatırlamayacaq”.

 

Medvedev, Makronun adını ironik şəkildə “Mikron” formasında yazaraq, “Mikronun özü heç bir təhdid yaratmır” ifadəsini işlədib.

 

Fidan Hacızadə
 

Seçilən
6
sfera.az

1Mənbələr