Rusiyanı Avropa və Fransa üçün təhlükə yaratmaqda ittiham edən Makrona Medvedev sosial media hesabından cavab verib.
Turkustan.az xəbər verir ki, Makronun adını "Mikron" olaraq yazan Medvedev, "Mikronun özü təhlükə yaratmır. O, ən geci 2027-ci il mayın 14-də əbədi olaraq yoxa çıxacaq və gözə görünməyəcək" deyib.
Makron dünən xalqa müraciətində Rusiyanın 2030-cu ilə qədər 3000 tank və 300 döyüş təyyarəsi daxil etmək üçün 40 milyard avrodan çox xərcləyərək ordusunu daha da genişləndirməyi planlaşdırdığını və bunun Avropanın təhlükəsizliyinə təhdid yaratmağa davam etdiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyi də Fransa prezidenti Emmanuel Makronun ölkəsini Avropa üçün təhdid kimi qələmə verməsi ilə bağlı, “Hər bir güc ziddiyyətli açıqlamalar verir” deyib.
Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Makronu reallıqdan uzaq olmaqda ittiham edərək, Rusiyanı Avropa üçün təhlükə adlandırıb və avropalı müttəfiqlərini Fransanın nüvə mühafizəsi altına almağı nəzərdən keçirəcəyini deyib:
"Hər gün əvvəlkilərlə ziddiyyət təşkil edən, reallıqdan tamamilə qopmuş açıqlamalar verir. O, hekayə uydurmağı sevir".
Aytən Yaşar/ Turkustan.az