AZ

Putin ABŞ-yə yeni səfir təyin etdi – Trampla razılaşmalar icra olunur

Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev Rusiyanın Vaşinqtondakı səfiri təyin edilib.

“AzPolitika” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu gün müvafiq sərəncam imzalayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bildirmişdi ki, fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya-Amerika danışıqları zamanı Birləşmiş Ştatların Rusiyaya, Rusiyanın isə ABŞ-a yeni səfirlərinin sürətli təyinatını təmin etmək üçün razılıq əldə olunub. O, qeyd etmişdi ki, Rusiyanın yeni səfiri tezliklə Vaşinqtona gedəcək.

Rusiyanın ABŞ-dakı keçmiş səfiri Anatoli Antonov 2024-cü ilin oktyabrında missiyasını başa vuraraq Moskvaya qayıdıb. Antonov Moskva ilə Vaşinqton arasında münasibətlərin ən çətin dövründə 7 il Rusiyanın ABŞ-dakı səfirliyinə rəhbərlik edib. Son illər iki ölkə arasında münasibətlər görünməmiş dərəcədə pisləşib.

Aleksandr Darçiyev Rusiya Xarici İşlər Nazirliyinin Britaniya, İrlandiya, Kanada və ABŞ üzrə departamentinə rəhbərlik edib və Türkiyədə iki ölkə diplomatları arasında aparılan danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edib.

“AzPolitika.info”

Seçilən
24
azpolitika.info

1Mənbələr