AZ

Ermənistanın müdafiə naziri və Niderland səfiri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Martın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyan Niderland Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marike Harriet Monro-Vinteri və müdafiə  məsələləri üzrə attaşe, polkovnik-leytenant Erik Van Vureni qəbul edib.

Herbiand.az bu barədə Ermənistanın Müdafiə Nazirliyinə istinadən bildirir.

Görüş zamanı Ermənistan və Niderland arasında müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər, xüsusən fevralın 15-də Münhendə Niderlandın müdafiə naziri Ruben Brekelmans ilə görüşdə əldə olunmuş razılaşmalar müzakirə edilib.

Papikyan ilə Niderland səfiri regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri də müzakirə ediblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
67
herbiand.az

1Mənbələr