AZ

Trampın adamları Timoşenko ilə gizli görüş keçirdi

ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinin yüksək vəzifəli şəxsləri Ukrayna lideri Vladimir Zelenskinin əleyhdarları ilə gizli danışıqlar aparıb.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb.

“Trampın yaxın çevrəsinin dörd yüksək vəzifəli üzvü Kiyevdə Zelenskinin bəzi əsas siyasi rəqibləri ilə gizli danışıqlar aparıb”, - mənbə bildirib.

Qeyd olunub ki, danışıqlarda Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və sabiq prezident Pyotr Poroşenkonun partiyasının funksionerləri iştirak ediblər:

“Müzakirə mövzusu Ukraynada prezident seçkisinin tez bir zamanda keçirilməsinin mümkünlüyü olub”.

Seçilən
29
axar.az

1Mənbələr