AZ

Ermənilər Qarabağda nə qədər döyüşçü itirib?

Ermənistanın İstintaq Komitəsi “Joğovurd” qəzetinin sorğusuna cavab olaraq bildirib ki, 44 günlük müharibə zamanı Qarabağda 3941 nəfər ölüb.“Joğovurd”un məlumatına görə, 2025-ci il fevralın 20-nə olan məlumata görə, 44 günlük müharibədə ermənilər tərəfdən ölənlərin 1702-si çağırışçı, 860-ı könüllü, 864-ü ehtiyatda olan hərbçi, 143-ü digər qoşunların hərbçisi, 44-ü mülki şəxsdir.

172 hərbçinin və 19 mülki şəxsin harada olduğu hələlik məlum deyil.

İstintaq Komitəsi həmçinin bildirib ki, 2024-cü ilin dekabrından 2025-ci il fevralın 16-dək 6 hərbçi rəsmi olaraq ölü kimi tanınıb, bundan sonra onların dəfn mərasimi keçirilib. 82 hərbçinin yaxınları isə genetik müayinə nəticəsində müəyyən edilən qalıqları basdırmaqdan imtina edir.

Seçilən
9
3
anspress.com

4Mənbələr