AZ

Tramp heyvanların da pulunu kəsdi: fillər və kərgədanlar risk altındadır

Ekoloqlar Donald Tramp administrasiyasını nəsli kəsilməkdə olan vəhşi təbiətin mühafizəsi səyləri üçün maliyyəni kəsmək qərarından dönməyə çağırıblar.

Publika.az xəbər verir ki, ABŞ-ın Ovçuluq və Vəhşi Təbiət Xidməti (FWS) tərəfindən idarə olunan milyonlarla dollarlıq qrantlar Tramp administrasiyası tərəfindən dayandırılıb.

Bu fondlar xüsusən iqtisadi gücü məhdud olan ölkələrdə nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan heyvan növlərinin qorunması üçün çox vacibdir.

Vəsaitlər Afrikada kərgədanları qorumaq, qeyri-qanuni ovla mübarizə aparmaq üçün patrul xidməti, həmçinin fillər, şirin su tısbağaları və kəpənəklərin qorunması üçün istifadə edilib.

Ətraf Mühitin Müxtəlifliyi Mərkəzinin bəyanatında maliyyələşmənin dondurulmasının vicdansız, təəssüf doğuran və son dərəcə qanunsuz olduğu bildirilib.

Seçilən
22
publika.az

1Mənbələr