AZ

Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinə yekun vurulub – FOTO

İctimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunan qadınlararası beynəlxalq şahmat turnirinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Qənirə Paşayeva ilə bağlı xatirələrini bölüşüblər, onun jurnalist, deputat, ictimai xadim kimi keyfiyyətlərindən bəhs ediblər.

Beynəlxalq Avrasiya Araşdırmaları İctimai Birliyinin rəhbəri Kəmalə Paşayeva bacısının həm də güclü şahmat həvəskarı olduğunu bildirib: “Gəncliyində onu məşhur şahmatçılara bənzədirdilər. Şahmatı çox sevirdi. Ona görə də bu turnir, burada qalib gələn qadınların uğuru onun ruhunu şad edəcək”.

Daha sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov yarışla bağlı təəssüratlarını bölüşüb: “Tarixi bir bağlanış mərasimi oldu. Gələcəkdə hər kəs bu yarışın ilk dəfə harada yaranmasını xatırlayacaq”.

Sonda Qənirə Paşayevanın xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibləri mükafatlandırılıb. Rapid və blits üzrə təşkil edilən yarışın yekun nəticəsində Bolqarıstan təmsilçisi Nurgül Səlimova 25 xalla birinci yerə layiq görülüb. İki yarışın cəmində 22 xal toplayan Xanım Balacayeva ikinci yeri tutub. İlk “üçlüy”ü 20 xalla Gövhər Beydullayeva tamamlayıb.

DOĞRU.AZ

image-17412448691497028023_1200x630 image-17412448691175934433_1200x630 image-17412448694276831898_1200x630 image-1741244869271697987_1200x630 image-17412448691567649535_1200x630 image-17412448691150659632_1200x630 image-17412448693912915483_1200x630 image-1741244869387936535_1200x630

Seçilən
24
4
dogru.az

5Mənbələr