Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, A.Ağayevə 1 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Ağadadaş Ağayevlə insident yaşayan Nurəddin Cəlilovun da məhkəmə araşdırması tamamlanıb.
Hökmə əsasən, N.Cəlilova 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.