AZ

Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi - YENİLƏNİB

Şəkidə intihar edən 14 yaşlı oğlanla bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisə barədə Şəki kənd icra nümayəndəsi Müslüm Əliyev bildirib ki, ailə özü də baş verən hadisənin şokundadır:

"Hadisə dünən axşam, iftardan sonra baş verib. Təxminən axşam saat doqquz olardı, ya bəlkə olmazdı. Orta səviyyədə dolanan, sakit ailədirlər. Uşağın atası Nahid heyvandarlıqla məşğuldur. O, cavan adamdır, 40 yaşı ancaq olar, anası evdar xanımdır. İki uşaqları var idi - bir qızı, bir oğlu".

"Aran kəndi kiçik kənd olduğu üçün oxumağa marağı olan uşaq azdır. Tofiq özü yaxşı oxuyan uşaq olub. Ailə özü də uşağın niyə belə etməsini anlaya bilmir. Hadisədən sonra hüquq-mühafizə orqanları gəldilər, uşağa aid olan əşyaları götürüblər. Araşdırırlar, görək, nə olacaq", - deyə M.Əliyev bildirib.(oxu.az)

***09:23

Şəkidə 14 yaşlı məktəbli intihar edib. 

Avtosfer.az xəbər verir ki, rayonun Aran kənd sakini, 2011-ci il təvəllüdlü Tofiq Məmmədov yaşadığı ünvandakı anbarda özünü asıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
52
avtosfer.az

1Mənbələr