AZ

Yaponiyada “Toyota”nın zavodunda partlayış olub, xəsarət alanlar var

Yaponiyada “Toyota”nın zavodunda toztoplayıcı filtr partlayıb.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, partlayış Ayti prefekturasında yerləşən və “Toyota” avtokonserni üçün ehtiyat hissələri istehsal edən zavodda baş verib. Partlayışın baş verdiyi “Fujioka” müəssisəsi “Toyota Boshoku Group”a daxildir.

Hadisə nəticəsində ən azı üç nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, zavodda toztoplayıcı filtrlərdən biri partlayıb. Hadisə yerinə xilasedicilər gəlib.

Seçilən
34
8
report.az

9Mənbələr