AZ

Lautaro Martines adını "İnter"in tarixinə yazdırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Argentina millisinin futbolçusu Lautaro Martines İtaliyanın "İnter" klubunun tarixinə düşüb.
Oxu.Az xəbər verir ki, 27 yaşlı hücumçu buna Niderlandda "Feyenord"a qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda fərqlənməklə nail olub.
Forvard Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən oyunçu adına sahib çıxıb. Martines 18 dəfə rəqib qapılarına yol tapıb.
Daha əvvəl Sandro Matsola UEFA Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) 17 qolla yadda qalıb.
Qeyd edək ki, "İnter" səfərdə 2:0 hesablı qələbə qazanıb.
Seçilən
144
34
oxu.az

10Mənbələr