AZ

Sabahın hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə +2 dərəcədən +7 dərəcəyədək, gündüz +12 dərəcədən +17 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-55 % olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə +1 dərəcədən +6 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən +2 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

Tarix: 6 Mart 2025, 13:11   
Seçilən
53
19
pravda.az

10Mənbələr