Türkiyənin "Fənərbağça" klubu portuqaliyalı baş məşqçisi Joze Mourinyu ilə yeni müqavilə bağlamağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, məlumatı AS nəşri yayıb.
Mənbənin məlumatına görə, İstanbul nəhənginin rəhbərliyi portuqaliyalının rəhbərliyi altında komandanın çıxışından razıdır və yeni müqaviləni müzakirə etmək niyyətindədir.
Mourinyu ilə "Fənərbağça" arasında mövcud müqavilənin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Xatırladaq ki, Mourinyu ötən ilin yayında “Fənərbağça”nın baş məşqçisi vəzifəsinə keçib. Türkiyə çempionatında 25 turdan sonra 61 xal toplayan İstanbul komandası lider "Qalatasaray"dan 4 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Mirağa