AZ

Laçındakı Naxışlı Tikiş Evi gündə 200-dən çox sifariş qəbul etməyə hazırdır

Laçın, 6 mart, AZƏRTAC

Laçında yaradılan Naxışlı Tikiş Evi gündə 200-dən çox naxış sifarişi qəbul etməyə hazırdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada İsveçrədən gətirilən 20 ədəd müasir naxış avadanlığı quraşdırılıb. Həmçinin tikiş evində 10 ədəd böyük ölçülü istehsalat makinası var ki, bunlar vasitəsi ilə tikiş işləri görülür və yüksək keyfiyyətli naxışlı məhsullar istehsal edilir.

Layihə rəhbəri Asya Lahıcova bildirib ki, naxış vurulan məhsullar da tikiş evinin istehsalıdır. Əsasən ev tekstili, uşaq geyimləri, otel tekstili, reklam tekstili məhsulları ərsəyə gətirilir. Hazırda tikiş evində 16 Laçın sakini çalışır.

“Bakı Abadlıq Xidməti”nin dəstəyi ilə fəaliyyətə başlayan Naxışlı Tikiş Evinin əsas məqsədi Laçın brendini yaratmaq, xanımların işlə təmin olunmasını təşkil etmək və onların əl işlərini tanıtmaqdır. İşçilərin hər biri hazırlıq kursu keçir. Tikiş evində istənilən hər naxışı yaratmaq mümkündür.

Seçilən
24
1
azertag.az

3Mənbələr