AZ

Ukrayna və ABŞ yeni silah tədarükünü müzakirə edir

Ukrayna və ABŞ "Patriot" sistemləri üçün raketlər də daxil olmaqla yeni silahların tədarükü ilə bağlı danışıqlar aparır.

News24.az xəbər verir ki, bu barədə Polşanın “Wirtualna Polska” portalına müsahibəsində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

O əlavə edib ki, indiki yardım proqramlarının əksəriyyəti tezliklə başa çatacaq və Ukrayna yenidən ABŞ Konqresində danışıqlar və səsvermə prosesindən keçməli olacaq.

Bundan əvvəl Pentaqonun sözçüsü Ukraynaya hərbi yardımın, o cümlədən Polşada artıq tranzitdə olan və ya anbarlarda olan silahların çatdırılmasının dayandırıldığını açıqlayıb.

Aynurə


Seçilən
8
news24.az

1Mənbələr