AZ

"Qala Həyat Sığorta"nın yığımları 44% artıb

Bu ilin yanvar ayında “Qala Həyat Sığorta” şirkətinin yığımlarında artma müşahidə edilib. 

Valyuta.az xəbər verir ki, ötən ay sığorta şirkəti 1 milyon 396 min manat sığorta yığımı əldə edib. 

Bu isə ötən ilin eyni dövrünə nisbətən 424 min  manat və ya 44% çoxdur. 2024-cü ilin yanvar ayında “Qala Həyat Sığorta” 972 min manat sığorta haqqı toplaya bilib. 

Sığorta şirkəti ötən ay 116 min manat sığorta ödənişi həyata keçirib ki, bu də ötən ilin eyni dövrü ilə müqayisədə 96 min manat, yaxud da 1,83 dəfə azdır. 

2024-cü ilin yanvar ayında “Qala Həyat Sığorta” 212 min manat sığorta ödənişini həyata keçirib. 

Yığımların artması fonunda ödənişlərin azalması sığorta şirkətinin xeyrinə, yəni ödəniş-yığım nisbətinə müsbət təsir edib. 

Şirkət ötən ilin yanvar ayında topladığı hər 100 manatdan 21,81 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 8,30 manat olub.

Seçilən
44
valyuta.az

1Mənbələr