Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə PSJ-ni 1:0 hesabı ilə məğlub edən "Liverpul"un qapıçısı Alison şəxsi rekordunu yeniləyib.
Fanat.Az "Squawka Football"a istinadən xəbər verir ki, Parisdəki oyunda 9 dəfə komandasını qoldan xilas edən braziliyalı qolkiper daha öncə heç bir ÇL matçında bu sayda qurtarışla diqqət çəkməyib.
Bundan başqa, Alison sözügedən turnirdə "quru" oyunlarının sayını 22-yə çatdırıb ki, bu da indiyədək "Liverpul" forması ilə meydana çıxan qapıçılar arasında ən yaxşı göstəricidir. O, "qırmızılar"ın sabiq "çərçivə" qoruyucusu Pepe Reynanı geridə qoyaraq liderliyi ələ keçirib.
Nihat