Bakı. Trend:
Fevral ayının sonlarında Dövlət Sərhəd Xidmətinin SərhədQoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidmətiərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirlərinəticəsində narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhdgöstərən 5 (beş) nəfər Azərbaycan Respublikası vətəndaşısaxlanılıb.
Trend bubarədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbərverir.
Məlumata görə, fevral ayının 19-da sərhəd dəstəsinin xidmətiərazisində Füzuli rayon sakini 1985-ci il təvəllüdlü MəmmədovElməddin Nurəddin oğlu 10 kiloqram 600 qram narkotik vasitəni (8kiloqram 600 qram marixuana, 2 kiloqram metamfetamin) ölkəərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.
Fevral ayının 26-da isə ümumi çəkisi 22 kiloqram narkotik vasitəmarixuananı Azərbaycan Respublikası ərazisinə keçirməyə cəhdgöstərən İmişli rayon sakini 2001-ci il təvəllüdlü Qarayev ƏhədƏlibala oğlu, Beyləqan rayon sakini 2003-cü il təvəllüdlü MəmmədliNəcməddin Rasim oğlu, Şəki rayon sakinləri 1973-cü il təvəllüdlüMəmişov Elçin Eldar oğlu və 1973-cü il təvəllüdlü Muradov MehmanMahir oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.