AZ

ABŞ iki iranlı kəşfiyyatçı barədə məlumat üçün mükafat təyin etdi

ABŞ vətəndaşı Robert Levinsonun İranda itkin düşməsinin 18-ci ildönümü ərəfəsində “Ədalət üçün Mükafat” proqramı onun oğurlanmasında əli olmaqda şübhəli bilinən iki İran kəşfiyyatçısının həbsi ilə bağlı məlumat üçün 20 milyon dollara qədər mükafat təyin edib.

FTB-nin məlumatlna əsasən, Məhəmməd Bəsri və Əhməd Xəzayi ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin rəsmiləri vəzifələrində Bob Levinsonun oğurlanması, həbsi və ölümündə rol oynayıblar.

FTB isə Bob Levinsonla bağlı məlumat ötürənlər üçün 5 milyon dollara qədər mükafat veriləcəyini açıqlayıb.

visiontv.az



Seçilən
76
2
visiontv.az

3Mənbələr