AZ

Gənc qadınlarda xroniki stress insulta səbəb olur

Helsinki Universiteti Xəstəxanasının (Finlandiya) alimləri müəyyən ediblər ki, gənc qadınlarda (49 yaşdan aşağı) xroniki stress tez-tez insultlara səbəb olur.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Neurology jurnalında dərc olunub. Tədqiqata səbəbi bilinməyən işemik insult keçirmiş 18-49 yaşlı 426 yetkin kişi və qadın iştirak edib. Alimlər hər bir iştirakçının xəstəlik tarixçəsini təhlil edib, xüsusi sorğu vərəqindən istifadə edərək onların stress səviyyələrini qiymətləndiriblər. Kəskin stressi xroniki stressdən ayırd etmək üçün bir ay ərzində könüllülərin psixoloji durumları müşahidə edilib. Tədqiqata sağlam iştirakçıların bir alt qrupu da daxil edilib.

Nəticələr göstərib ki, insult keçirmiş qadınların ən azı orta səviyyədə stress keçirmə ehtimalı daha yüksəkdir. Bu təhlükəli damar hadisəsindən sağ çıxan qadın könüllülərin 46 faizi orta və ya yüksək səviyyədə stress keçirib. Ürək-damar xəstəlikləri olmayan alt qrupda yalnız 33 faizində xroniki sinir gərginliyi aşkar edilib. Tədqiqatçılar təhsil səviyyəsi, alkoqol istehlakı və qan təzyiqi kimi çaşdırıcı faktorları nəzərə aldıqdan sonra orta səviyyəli stressin qadınlarda insult riskini 78%, şiddətli stress isə 6% artırdığını müəyyən ediblər. Bununla belə, psixo-emosional stress kişilərdə insult keçirmə ehtimalına təsir göstərmir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
31
2
editor.az

3Mənbələr