"Ukrayna və ABŞ-dakı komandalarımız görüşlərin keçirilməsi üzərində işə başlayıb".
Publika.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O, Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals arasında telefon danışığının baş tutduğunu qeyd edib.
“Andrey Yermak və Mayk Vals danışıqlar aparıb, müsbət irəliləyişlər var. Önümüzdəki həftə ilk nəticələri gözləyirik", - deyə o bildirib.