AZ

Harri Keyndən unikal göstərici – Ardıcıl üç mövsümdə 30 qol

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn ardıcıl üç mövsümdə 30-dan çox qol vurur.
Oxu.Az xəbər verir ki, 31 yaşlı hücumçu son olaraq "Bayer Leverkuzen"ə qalib gəldikləri (3:0) Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında dubla imza atıb.
Cari mövsüm 34 matçda meydanda olan ingiltərəli forvard qollarının sayını 31-ə çatdırıb. Keyn 2022/2023 mövsümündə İngiltərənin "Tottenhem" klubunda 49 qarşılaşmada 32, ötən mövsümdə isə 45 görüşdə 44 dəfə fərqlənib.
Qeyd edək ki, "Bavariya" ilə "Bayer Leverkuzen" arasında cavab oyunu martın 11-də keçiriləcək.
Seçilən
5
oxu.az

1Mənbələr