AZ

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Martın 6-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonuna çatıb.

“İki sahil” xəbər verir ki, bu gün Ağdərə rayonunun Həsənriz kəndində 25 ailə olmaqla, 75 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Seçilən
13
2
ikisahil.az

3Mənbələr