AZ

Türkiyədə qadınlarla bağlı statistik araşdırmanın nəticələri açıqlanıb

İstanbul, 6 mart, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Statistika İdarəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində “Statistikalarda qadın - 2024” araşdırmasının nəticələrini açıqlayıb. Buna əsasən, Türkiyə əhalisinin 49,98 faizini qadınlar təşkil edir və orta hesabla kişilərdən 5,3 il daha çox yaşayırlar.

AZƏRTAC xəbər verir ki, ölkənin Əhali Qeydiyyat Sisteminin 2024-cü il dekabrın 31-nə olan nəticələrinə əsasən, Türkiyə əhalisinin 42 milyon 811 min 834 nəfəri qadındır.

Hesablamalara görə, qadınlar ölkə əhalisinin 60-74 yaş qrupunun 52 faizini, 90 və daha yuxarı yaş qrupunun isə 69,1 faizini təşkil edir. Bu da zərif cinsin kişilərə görə 5,3 il daha çox yaşadığını göstərir.

Türkiyənin təhsil sahəsi üzrə statistik göstəriciləri ölkədəki ümumi qadınların orta təhsil müddətinin 8,6 il olduğunu, ən az bir təhsil səviyyəsini tamamlayan qadınların nisbətinin isə son 17 ildə 87,8 faizə çatdığını göstərir. Bu dövr ərzində Türkiyə qadınları arasında ali təhsilini tamamlayanların nisbəti 7,1 faizdən 22,7 faizə yüksəlib. Araşdırmaların nəticələrində qeyd edilib ki, ölkə üzrə ali təhsilini tamamlayan qadınların 84,6 faizi anaları da yüksək təhsilli olanlardır.

Məşğulluq üzrə statistik göstəricilər isə Türkiyədə qadınların kişilərə nisbətən daha az işlədiyini, işçi qadınların 15 yaşdan yuxarı ümumi əhali sayının 31,3 faizini təşkil etdiyini göstərir.

Seçilən
10
azertag.az

1Mənbələr